Bu küçələrin kəsişməsində nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb - FOTOLAR

 10:23 22.06.2019     415

Nəsimi rayonu A.Bakıxanov-Mirəli Qaşqay küçələrinin kəsişməsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətində müəyyən məhdudiyyətlər yaranıb. 

Bakı Nəqliyyat Agentliyindən Redaktor.az-a verilən məlumata görə, A.Bakıxanov küçəsindəki iki zolağda hərəkətə müvəqqəti məhdudlaşdırılıb. 

A.Bakıxanov küçəsindən sola Mirəli Qaşqay küçəsinə giriş isə təmir işləri ilə əlaqədar olaraq məhdudlaşdırılıb. Bakı Nəqliyyat Agentliyi həmin istiqamətdə hərəkət edərkən mövcud vəziyyəti nəzərə almanızı xahiş edir.

22