Külli miqdarda narkotik vasitə aşkarlandı

 13:59 22.06.2019     1136
Əməliyyat-İstintaq Baş İdarəsinə İran İslam Respublikasından Azərbaycan Respublikasına qeyri-qanuni yollarla gətirilmiş narkotik vasitələrin realizə olunacağı barədə əməliyyat məlumatı daxil olub. 
 
Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən Redaktor.az-a daxil olan məlumata görə, məlumat əsasında Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu ərazisində keçirilmiş əməliyyat tədbiri zamanı Azərbaycan Respublikasının vətəndaşı Nəcəfov Pərviz Nəcəf oğlu sellofan torbada narkotik vasitə olan bağlamaları şərti alıcıya satmaq istəyərkən əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılıb. Baxış zamanı vətəndaşa məxsus torbanın içərisində 9 ədəd uzunsov formalı, şəffaf rəngli polietilen bağlamalarda qablaşdırılmış spesifik qoxuya malik, cəmi çəkisi 4188 qram narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.
 
Nəcəfov Pərviz Nəcəf oğlunun 4188 qram narkotik vasitə olan tiryəki İİR vətəndaşı Kamran adlı şəxsdən əldə etdiyi müəyyənləşdirilib. Bu istiqamətdə həyata keçrilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin vətəndaşın şəxsiyyəti dəqiqləşdirilərək Masrour Kamran Seifollah oğlu olduğu müəyyən edilib. Daha sonra əməliyyat tədbirləri davam etdirilib və Masrour Kamran Seifollah oğlu Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postundan keçməklə ölkə ərazisini tərk etmək istəyərkən gömrük əməkdaşları tərəfindən saxlanılıb və Əməliyyat-İstintaq Baş İdarəsinə təhvil verilib. 
 
Faktla bağlı cinayət işi başlanılaraq hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.