Azərbaycanda Qurban bayramı bu tarixdə qeyd olunacaq

 14:23 22.06.2019     6531

"Avqustun 12-si və 13-də Azərbaycanda Qurban bayramı qeyd ediləcək".

Redaktor.az ona.az-a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib:

"Dini təqvimə əsasən, Qurban bayramı hər zaman Zilhiccə ayının 10-u qeyd edilir. Bir çox ölkələrdə Qurban bayramı 3 gün qeyd olunur. Məkkədə Həcc ziyarətində olanlar da bayramı 3 gün qeyd edirlər, yəni qurbanı 3 gün ərzində kəsmək olar".

Sədr müavini avqustun 1-dən 6-a qədər Həcc ziyarəti ilə bağlı müraciətlərin davam edəcəyini qeyd edib.