DİM: 6 ildir, qəbul imtahanlarında iştirak üçün ərizə verən oğlanların sayı qızlardan çoxdur

 15:37 22.06.2019     438

“2018-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 82 724 abituriyent ərizə verib. Onların 52.55%-i oğlan, 47.45%-i qız abituriyent olub”.

Redaktor.azn APA-ya istinadən xəbərinə görə, bu, Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi 2018-ci il üzrə qəbul və buraxılış imtahanlarının nəticələrinin gender aspektləri təhlilində yer alıb.

Bildirilib ki, artıq 6 ildir, qəbul imtahanlarında iştirak etmək üçün ərizə verən abituriyentlər arasında oğlanların sayı qızlarından çox olub: “Azərbaycan və rus bölmələrində oğlan və qız abituriyentlərin say nisbəti fərqli olub. Belə ki, Azərbaycan bölməsində oğlanlar (53.06%), rus bölməsində isə qızlar (53.09%) sayca üstünlük təşkil edib”.

DİM-in apardığı statistik təhlil göstərir ki, Azərbaycan və rus bölmələri üzrə bütövlükdə götürdükdə əvvəlki illərdə ali təhsil müəssisələrinə ərizə verən abituriyentlər içərisində qızların sayı oğlanların sayından üstün olub: “Ən böyük fərq 1993 və 1994-cü illərə təsadüf edib. Həmin illərdə qız abituriyentlərin sayı oğlan abituriyentlərin sayından 1.7 dəfə çox olub”.