Bakıda 55 min manatlıq gəlin paltarları oğurlanıb

 18:35 22.06.2019     524

Bakıda gəlin paltarlarının satıldığı mağazadan oğurluq edilib.

Redaktor.az-ın APA-ya istinadən xəbərinə görə, Nəsimi rayonunda iş adamı Azər Mustafayeva məxsus mağazadan 55 min manatlıq gəlin paltarı və aksessuarları oğurlanıb.

Hadisəni törədən şəxslər - 36 yaşlı Araz Hüseynov, 26 yaşlı Əli Qarayev və qardaşı 28 yaşlı Fərhad Qarayev polislər tərəfindən saxlanılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırmalar aparılır.