Saatlıda avtomobillə vurulan piyada ölüb

 18:43 22.06.2019     381

Saatlıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, Mərkəzi Rayon Xəstəxanasının qarşısında “Mercedes” markalı avtomobillə vurulan piyada dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, piyadanın həyatını xilas etmək mümkün olmayıb. Ölən şəxsin rayonun Dədə Qorqud kənd sakini,  1990-cı il təvəllüdlü Hüseynov Nicat Hidayət oğlu olduğu müəyyənləşib.

Fakt araşdırılır.