Bakıda ticarət mərkəzindən silsilə oğurluqlar edən şəxs saxlanılıb

 19:51 22.06.2019     409

Polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində oğurluq etməyə cəhd göstərən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Redaktor.az verilən məlumata görə, Səbail rayonu ərazisində yerləşən ticarət mərkəzlərinin birindəki qızıl satışı şöbəsindən 235 manat dəyərində qızıl sırğanı oğurlama cəhd göstərmiş şəxs orada xidmət aparan Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

9-cu Polis Bölməsinə təhvil verilən həmin şəxsin Bakı şəhər sakini Əjdər Bəşirov olduğu müəyyən edilib.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun cari il aprel ayının 4-də həmin ticarət mərkəzinin digər qızıl satışı şöbəsindən 330 manat dəyərində qızıl sırğa oğurlaması da müəyyən edilib.