“Black Star Burger”də izdiham - FOTOLAR

 20:48 22.06.2019     561

Ötən həftə Bakıda ilk açılışını edən dünyaca məşhur “Black Star Burger” şəbəkəsinin restoranı ilk saatlardan müştəri axını ilə qarşılaşıb.

Redaktor.az qafqazinfo.az-a istinadən xəbər verir ki, hələlik texniki açılış olmasına baxmayaraq ötən 5 gün ərzində restorana gələn  “Black Star Burger” pərəstişkarlarının sayı azalmır.

Bu vəziyyət restoranı çalışdıran personal tərəfindən də gözlənilməz olub.

Restoranın işlətmə müdiri iftixar Paşanın sözlərinə görə, açılış günündən başlayaraq restorana gələnlərin ardı-arası kəsilmir:

“Əlbəttə, bu durum bizi məmnun edir. Amma açığı, biz hələ texniki açılış etmişik, ona görə belə kütləvi axının olacağını gözləmirdik.

Əsas açılış iyulun 16-da Fəvvarələr Meydanında olacaq. Ona görə də gələn müştərilərimizə dönə-dönə anons edirik ki, xidmətimizdə ola biləcək hər hansı çatışmazlıq texniki açılışla bağlıdır.

Bununla belə, personalımız “Black Star Burger”i sevərək restoranımıza təşrif buyuran müştərilərimizi xidmətdən tam razı salmaq üçün səfərbər olunub”.

Qeyd edək ki, restoranın 16-iyulda keçiriləcək rəsmi açılışında məşhur rusiyalı reper Timatinin də iştirak edəcəyi bildirilir.

Xatırladaq ki, dünyanın tanınmış “fast food” restoranlar şəbəkələrindən olan, “Black Star Burger”in Bakıda açılmasının təşəbbüskarları tanınmış iş adamı Babək İsmayılov və məşhur idmançı Zabit Səmədovdur.