"Megafun"dakı hadisə ilə bağlı AÇIQLAMA

 23:22 22.06.2019     568

Xəbər verdiyimiz kimi, bu gün Bakının Xətai rayonunda yerləşən “Megafun” əyləncə mərkəzinin 2-ci mərtəbəsində helium şarlarının partlaması nəticəsində ani alışma baş verib.

Səhiyyə Nazirliyindən Redaktor.az -a verilən məlumata görə, hadisə nəticəsində 53 yaşlı qadın, 54 yaşlı kişi (ər-arvad) hər iki ətrafın yanığı, 21 yaşlı oğlan sağ əlin yanığı diaqnozu ilə Yanıq Mərkəzinə aparılıb. 7 nəfərə hadisə yerində yardım edilib.