Yay gəldi, faciələr başladı: Bir gündə ən azı 4 ölü

 23:44 22.06.2019     542

Salyanda 2 qardaş kür çayında çimərkən boğulublar. Axtarışlara xisaledicilər cəlb olunub. Onların meyitləri tapılaraq çıxarılıb. Qobustanda da göldə çimən 2 nəfər boğularaq ölüb.

İki qardaş Kür çayında çimrkən boğulublar..

Redaktor.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Salyan rayonunun Aşağı Noxudlu kəndində baş verib.kənd sakinləri, 16 yaşlı Rəvan Sadıqov və onun 13 yaşlı qardaşı Ramal Sadıqov sərinləmək üçün yoldaşları ilə birlikdə kəndin ərazisindən keçən Kür çayında çimiblər. Suyun dərin hissəsinə gedən Rəvanın boğulduğunu görən , Ramal onu xilas etməyə çalışsa da üzməyi bacarmadığı üçün hər iki qardaş suya bataraq böğulub.

Rəvan və Ramal ailədə iki qardaş olub. Deyilənlərə görə, qardaşlar üzməyi bacarmadıqlarından elə bu faciə də yaşanıb.

Hadisə yerinə Kiçik Həcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Axtarışlar zamanı hər 2 qardaşın meyiti tapılaraq çıxarılıb.

Qobustanda da iki nəfər göldə boğularaq ölüb.Hadisə Qobustan rayonu Acıdərə adlanan ərazisində qeydə alınıb. Həmin ərazidə məskunlaşan Füzuli rayonundan olan məcburi köçkün, 18 yaşlı Mənsim İbadov və Şamaxı rayonu Təklə kənd sakini 15 yaşlı Fərid Əliyev göldə çimərkən ehtiyatsızlıq edib və hər ikisi suda boğlaraq ölüb. Suda axtarış aparılaraq meyitlər tapılıb və müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qobustan rayon şöbəsinə verilib.Faktla bağlı Qobustan rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.