Astarada avtomobil körpüdən aşdı: 3 nəfər xəsarət alıb

 09:21 23.06.2019     620

Ötən gecə Astarada minik avtomobili körpüdən aşıb.

Redaktor.az-ın APA-nın cənub bürosuna istinadən verdiyi məlumata görə, 1994-cü il təvəllüdlü Röyal Əlizadənin idarə etdiyi "Mercedes" markalı avtomobilin körpüdən aşması nəticəsinə  sərnişinlər - Yektarə Cəfərova (1962), Ağabəyim Cəfərli (1992) və Abdulla Cəfərli (1994) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hazırda Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində Y. Cəfərovanın müalicəsi davam etdir. Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən