Eldar Əzizov yanğın baş verən əraziyə gəldi - VİDEO

 11:25 23.06.2019     867

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov “X-Lady” mağazasındakı yanğın baş verən əraziyə gəlib.

Redaktor.az
Real TV-yə istinadla xəbər verir ki, icra başçısı jurnalistlərə açıqlamasında yanğının baş vermə səbəbləri ilə bağlı hələlik dəqiq bir məlumatın olmadığını söyləyib. 

Eldar Əzizov yanğın söndürüləndən sonra səbəblərlə bağlı açıqlama veriləcəyini sözlərinə əlavə edib.

Qeyd edək ki, FHN-nin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində yerləşən X-Lady mağazasında yanğın olması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.