Şəmkirdə hərəkətə olan minik avtomobili yanıb

 11:31 23.06.2019     1204

Şəmkir şəhərində minik avtomobili  yanıb.

Redaktor.az-ın APA-nın yerli bürosuna istinadən verdiyi xəbərə görə, hadisə bu gün səhər saat 07:00  radələrində rayonun Kür qəsəbəsinə gedən yolda qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ 2109” markalı minik maşını yanıb. Dərhal hadisə yerinə Şəmkir Yanğından mühafizə hissəsinin yanğın söndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Yanğın zamanı minik maşını yararsız hala düşüb. 

Hadisənin başvermə səbəbləri araşdırılır.