DİQQƏT! Bakıda bu yollar BAĞLANDI - Yanğınla bağlı SON MƏLUMAT / FOTOLAR

 11:36 23.06.2019     2647

Neftçilər metrosu yaxınlığındakı "X Lady" mağazasının yanması həmin istiqamət üzrə yolların bağlanmasına səbəb olub.

Bakı Nəqliyyat Agentliyindən Redaktor.az-a daxil olan məlumatına görə, Qara Qarayev prospektindəki (metronun “Neftçilər” stansiyası yaxınlığı) ticarət mərkəzində baş verən yanğınla əlaqədar qeyd edilən yolun bir hissəsində hərəkət məhdudlaşdırılıb. Dakar dairəsindən 8-ci kilometr bazarı istiqamətində yol bağlanıb.

Bu səbəbdən də 11;12;7A 15;22;30;32;35;36;40;44;49;50;51;57;60;62;64;81;103;105;141;214 saylı marşrutlar üzrə avtobusların istiqamətləri Neftçilər metrosuna doğru gedərkən Q.Qarayev pr.-Naxçıvanski küç.-B.Çobanzadə küç.-R.Rüstəmov küç. ilə Dakar meydanına və əks istiqamətdə (bəzi marşrutlar) yönəldilib.

Qeyd edək ki, bu gün səhər saatlarında Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "X-Lady" mağazasında yanğın başlayıb. Hazırda yanğın söndürülüb. Həmçinin Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı operativ qərargah yaradıb.

Gülşən Şərif / Redaktor.az

222