Heyvanlarla qəddar rəftarına görə işdən kənarlaşdırıldı - Mərkəz görüntülərə AYDINLIQ GƏTİRDİ

 13:11 23.06.2019     652

"Toplan - Sahibsiz İtlərə Qayğı Mərkəzi" mediada yayılan görüntülərə aydınlıq gətirib.

Redaktor.az xəbər verir ki, mərkəz baş verən qəddarlığın öz əməkdaşları tərəfindən törədildiyini etiraf edib. Hazırda bu istiqamət üzrə daxili araşdırmalar aparılır:

"”Toplan - Sahibsiz İtlərə Qayğı Mərkəzi”nin inspektorunun heyvanlarla qəddar rəftarına görə daxili araşdırmalar davam etdirilir. Bunun nəticəsi olaraq, inspektorlar heyəti üzrə məsul şəxs Ənvər Səfərzadə işdən kənarlaşdırılıb. İşlərin beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində inspektorlara mütəmadi olaraq təlimlər keçirilir və nizam-intizam qaydalarına ciddi riayət etmələri nəzarətdə saxlanılır".

Qeyd edək ki, bir neçə gündür mediada "Toplan - Sahibsiz İtlərə Qayğı Mərkəzi"nin əməkdaşlarının küçə itlərinə qarşı davranışını əks etdirən görüntülər yayılıb. Məlum görüntülər cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb və geniş müzakirələrə yol açıb.

Gülşən Şərif/ Redaktor.az