Qaxda elektrikpaylayıcı şəbəkədə yanğın xəsarətlə nəticələnib

 14:29 23.06.2019     505

Qax rayonunda elektrikpaylayıcı şəbəkədə baş verən yanğın xəsarətlə nəticələnib.

Redaktor.az "Report"un Şimal-qərb bürosuna  istinadən xəbər verir ki, səhər saatlarında Qax rayon Mərkəzi Xəstəxanasına rayonun 1982-ci il təvəllüdlü Cəlayer kənd sakini Ocayev Tural Kərim oğlu yanıq xəsarətləri ilə daxil olub.

Müayinə zamanı məlum olub ki, T.Ocayev iş zamanı elektrikpaylayıcı şəbəkədə baş verən yanğın nəticəsində xəsarət alıb. Ona bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu qoyulub, vəziyyəti kafidir.