“Megafun”da dəhşətli partlayışın görüntüləri yayıldı - VİDEO

 19:55 23.06.2019     905

Xətai rayonunda yerləşən "Megafun" əyləncə mərkəzində dünən baş vermiş partlayışın görüntüsü yayılıb.

Redaktor.az qafqazinfo.az-a istinadən xəbər verir ki, görüntülərdən məlum olur ki, partlayışa janqlyorun əlindəki alovu şarlara yaxınlaşdırması səbəb olub.

Qeyd edək ki, insident zamanı 8 nəfər xəsarət alıb. Onlardan 3-ü azyaşlıdır.