Şok hadisə: Qohumu ilə mübahisə edən şəxs avtomobillə onun üstündən keçdi

 08:56 24.06.2019     867

Samux sakini mübahisə etdikdən sonra "Niva" markalı avtomobillə qohumunun üstündən keçib.

Redaktor.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Qarayeri qəsəbəsində qeydə alınıb.

18 yaşlı Hüseynov Ramil İntiqam oğlu yaralı vəziyyətdə Gəncədəki xəstəxanalardan birinə çatdırılıb. Yaralının bədəninin müəyyən hissələrində sınıq xəsarətləri aşkarlanıb. İlkin məlumatlara görə, hadisəni törədən şəxs Ramil Hüseynovun qohumudur. İnsident onlar arasında yaranmış mübahisədən sonra baş verib. Ardından  hadisəni törədən şəxs dərhal ərazidən uzaqlaşıb. Hazırda onun saxlanılması üçün Samux Rayon Polis Şöbəsində əməliyyat istintaq qrupu yaradılıb.

Faktla bağlı araşdırma apaılır. 

Vumart və Güvən reklamı Vumart Güvən