Sumqayıtda ticarət mərkəzi yanıb

 09:42 24.06.2019     1157

Sumqayıt şəhərində üçmərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 m² olan anbarın yanar konstruksiyaları və içərisindəki geyim əşyaları 60 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Vumart və Güvən reklamı Vumart Güvən