Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Oğul anasını BIÇAQLADI
Mingəçevirdə anasını bıçaqlayan şəxs saxlanılıb.
Redaktor.az-ın apa.az-a istinadən verdiyi məlumata görə, Aydın Məmmədov küçəsi 10/1 ünvanında anası Vüsalə Mustafayevanı bıçaqlayan şəxs tutulub.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı şəhər sakini Tehran saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam edir.
***
09:47
Mingəçevirdə oğul ananı bıçaqlayıb.
Hadisə Aydın Məmmədov küçəsi 10/ 1 ünvanında baş verib.
İlkin məlumata əsasən, ailə münaqişəsi zəminində həmin ünvanda yaşayan oğul 1976-cı təvəllüdlü anası Mustafayeva Vüsalə İman qızını bıçaqlayaraq ağır xəsarət yetirib. Yaralı qadın təcili xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.












