Yevlaxda yük maşını ağır yol qəzası törədib
Yevlax rayonunda yol qəzası baş verib.
Redaktor.az Report-a istinadən xəbər verir ki, hadisə Xaldan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, yük maşını yol kənarındakı ağaclara çırpılaraq aşıb. Bu zaman sürcüsü - 1978-ci il təvəllüdlü Siyavuş Sadıqov özünü kabinədən bayıra atıb və nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.












