Mehdiabad yolunda baş verən qəzada 3 nəfər yaralanıb

 15:12 24.06.2019     16445

Abşeron rayonu, Mehdiabad yolu, "Gənclər şəhərciyi"ndə baş verən avtoqəza nəticəsində 3 nəfər xəsarət alıb.

Redaktor.az-ın məlumatına görə, hadisə nəticəsində 34 yaşlı Elvin Əliyev sol diz oynağından travma alıb. 62 yaşlı Təhmasib Allahverdiyevə alt dodağın kəsilmiş yarası, 27 yaşlı İdris Kərimova isə qapalı kəllə-beyin və gözün travması diaqnozu qoyulub.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.