Ağsuda tapılan "əjdaha" ilə bağlı AÇIQLAMA

 16:48 24.06.2019     3054

Azərbaycan faunasında belə bir ilan növü yoxdur.

Redaktor.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov Ağsuda tapıldığı iddia olunan əjdahaya bənzər ilan haqqında yayılan xəbərlərə münasibət bildirərkən deyib. O bildirib ki, bu xəbər reallığı əks etdirmir:

“Bizdə Azərbaycan faunasının 250 illik tarixi var və orda bu ilan növü haqında heç bir məlumat yoxdur. Bəzi insanlar belə yalan məlumat yaymaqla insanlar arasında təşviş yaratmaq istəyirlər. Belə şeylərə inanmaq lazım deyil. Çünki bu xəbərlər reallığı əks etdirmir”.

Qeyd edək ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 150-ci kilometrliyində Ağsu aşırımında istirahət edən şəxslərdən biri dərədə boz rəngli, təxminən 1,5 metrdən uzun olan ilanabənzər buynuzlu vəhşi heyvan gördüyünü və ətrafdakıların yardımı ilə onu məhv etdiyini bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən