Naxçıvanda üç gənc xüsusi təqaüdə layiq görülüb

 00:41 25.06.2019     744

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 24-də Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb:

Redaktor.az-ın məlumatına görə, sərəncamla xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılıb və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüblər:

Hüseynli Rafiq Anar oğlu - Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin şagirdi, idman sahəsi üzrə

Bağırov Siyavuş Mehdi oğlu - Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdi, təhsil sahəsi üzrə

Əliyeva Duyqu Cabir qızı - Culfa şəhər 2 nömrəli tam orta məktəbin şagirdi, incəsənət sahəsi üzrə".

Vumart və Güvən reklamı Vumart Güvən