Neftçalada minik avtomobili yanıb
Neftçalada yanğın qeydə alınıb.
FHN-dən Redaktor.az-a verilən məlumata görə, Neftçala rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.












