Azərbaycanın hesabatı BMT-yə təqdim olunacaq
"Azərbaycan BMT üzvü olan dövlətlərin 17 Dayanıqlı İnkişaf Məqsədi (DİM) və 169 hədəfi özündə birləşdirən yeni qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) qoşulub".
Redaktor.az-ın apa.az-a istinadən verdiyi xəbərə görə, bunu İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində keçirilən seminarda çıxışı zamanı deyib.
O bildirib ki, bu sahədə işlərin əlaqələndirilməsi İqtisadiyyat Nazirliyinə həvalə edilib, DİM üzrə sahə işçi qrupları təşkil edilib.
Nazir müavini qeyd edib ki, yuxarıda qeyd olunanlarla bağlı olaraq Azərbaycanın Könüllü Milli Hesabatı hazırlanaraq gələn ay BMT-yə təqdim olunacaq.












