Günvurma diaqnozu ilə şikayət edənlərin SAYI

 16:33 25.06.2019     1979

Günvurma diaqnozu ilə xəstəxanaya müraciət edənlərin sayı açıqlanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, yay mövsümü başlayandan 16 nəfər günvurma şikayəti ilə xəstəxanalara müraciət edib. Onlardan 6-na yerində ilkin tibbi yardım göstərilib, 10 nəfər isə hospitalizasiya edilib.

Müraciət edənlər arasında müxtəlif yaş qruplarından ( 10-u qadın, 6-sı kişi, 2-si uşaq ) olan şəxslər var.

Gülşən Şərif / Redaktor.az