Azərbaycanda şagird yerdəyişməsi elektronlaşdırılır

 15:43 25.06.2019     296

Ölkənin ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektronlaşdırılır. 

Təhsil Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, bu  istiqamətdə görülən işlərlə əlaqədar 1 avqust 2019-cu il tarixinədək şagirdlərin yerdəyişməsi üzrə ərizələrin qəbulu dayandırılır.

Ölkədən xaricdə təhsilini davam etdirəcək şagirdlər sənədlərini müvafiq təhsili idarəetmə orqanlarından və ümumi təhsil müəssisələrindən istənilən vaxt ala bilərlər.

Vumart və Güvən reklamı Vumart Güvən