Monteneqronun baş nazirinin Azərbaycana səfəri başa çatıb

 18:49 25.06.2019     1171

Monteneqronun Baş Naziri Duşko Markoviçin Azərbaycana rəsmi səfəri iyunun 25-də başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Monteneqro hökuməti başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Monteneqronun Baş Naziri Duşko Markoviçi hava limanında Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənov və digər rəsmi şəxslər yola saldılar.