Mingəçevirdə silahlı qarşıdurma - 1 nəfər QƏTLƏ YETİRİLDİ

 20:12 25.06.2019     2453

Mingəçevirdə qətl hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, şəhərin "Energetik" yaşayış massivində yerləşən fərdi təsərrüfatlardan birində bir qrup naməlum şəxs arasında düşən dava ölümlə nəticələnib.

Bir nəfər odlu silahdan açılan atəşlə qətlə yetirilib. Qətlə yetirilən şəxsin kimliyi araşdırılır. Mübahisədə bir nəfər isə ağır xəsarət alıb. 

Faktla bağlı araşdırma başladılıb.