Şamaxıda avtomobil aşıb, xəsarət alanlar var
Şamaxı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, avtoqəza Bakı-Şamaxı yolunun Sabir qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 90-HM-507 qeydiyyat nişanlı "VAZ 2107" markalı minik maşını hərəkətdə olarkən qəfildən təkəri sıradan çıxıb və avtomobil yolun kənarına aşıb. Nəticədə avtomobildə olan dörd nəfər xəsarət alıb. Onlardan ikisi azyaşlıdır.












