Oğuzda taxıl sahəsi yanıb

 09:23 26.06.2019     2029

Oğuzda 5 ha taxıl sahəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, rayonun Yaqublu kəndində 5 ha biçilmiş taxıl sahəsi və 8 ton ot bağlaması yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.