Lənkəranda yeniyetmə ikinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb

 03:19 27.06.2019     385

Lənkəranda 16 yaşlı yeniyetmə ikinci mərtəbədən yıxılaraq xəsarət alıb.

Redaktor.az-ın Report-a istinadən verdiyi xəbərə görə, hadisə Separadikəndində baş verib.

Belə ki, 2003-cü il təvəllüdlü Elşad Bəhruz oğlu Ağayev kəndlərindəki istifadəsiz çay fabrikinin binasında yoldaşları ilə oynayarkən ehtiyatsızlıqdan yerə yıxılıb. Lənkəran rayon Mərkəzi Xəstəxananasına çatdırılan E.Ağayevə qapalı kəllə-beyin travması və sol çənə hahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.