Bakıda 3 mərtəbəli binada yanğın olub

 09:45 27.06.2019     484

Bakıda 3 mərtəbəli binada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, Nəsimi rayonunda üçmərtəbəli binanın (hər mərtəbəsi 630 m², 2-ci və 3-cü mərtəbəsi mebel sexi kimi fəaliyyət göstərir) 2-ci və 3-cü mərtəbəsində 230 m² sahədə mebel məmulatı, 80 ədəd boya çəlləyi (hər birinin həcmi 12 litr) yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Vumart və Güvən reklamı Vumart Güvən