Şəmkirdə yol qəzası baş verib, ölən var
Şəmkir rayonunda yol qəzası baş verib.
Redaktor.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Yük maşını ilə VAZ markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilində olan 1973-cü il təvəllüdlü Elmar Tağıyev aldığı ağır xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.












