Göygöldə 56 yaşlı kişi bıçaqlandı

 21:38 27.06.2019     567

Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Çaykənd kəndində baş verib.

Samux rayon sakini, 1963-cü il təvəllüdlü Kərimov Əlirza Bahadur oğlu həmkəndlisi Məhərrəmov Kazım Həmid oğlu ilə mübahisə edib.

Mübahisə zəminində K.Məhərrəmov Ə.Kərimovu bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.

Vumart və Güvən reklamı Vumart Güvən