Neftçalada avtomobil aşıb, 2 nəfər xəsarət alıb

 22:58 27.06.2019     346

Neftçalada baş verən avtoqəzada sürücü və sərnişin xəsarət alıb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Neftçala rayonunun Kürqarabucaq kəndi ərazisində qeydə alınıb.

“Chevrolet” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində Neftçala sakinləri, 1986-cı il təvəllüdlü Zeynalov Pərviz Natiq oğlu və 1988-ci il təvəllüdlü Musayev Mirqüdrət Mirnağı oğlu müxtəlif dərəcəli xəsarətlərlə Neftçala rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən