Azərbaycanda yeni sığorta tarifləri hazırlanır

 11:54 28.06.2019     843

"Sığortaçılar da razılaşar ki, sığorta növləri üzrə mövcud olan tariflər günün tələbinə cavab vermir".

Redaktor.az-ın apa.az-a istinadən verdiyi məlumata görə, bunu bu gün Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) İdarə Heyətinin sədr vəzifəsini icra edən İbrahim Alışov "Azərbaycanda sığorta bazarı: trendlər və imkanlar" mövzusunda keçirilən 9-cu Beynəlxalq Sığorta Forumunda bildirib.

Onun sözlərinə görə, artıq biz iqtisadi inkişafın müəyyən mərhələsini keçmişik: "Ona görə də tariflərin hesablanmasında yeni yanaşma lazımdır. Biz bu istiqamətdə Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birlikdə müvafiq addımlar atırıq. Bu, bizim üçün çox əhəmiyyətlidir".

Vumart və Güvən reklamı Vumart Güvən