Şəmkirdə yol qəzası - ÖLƏN VAR

 13:21 28.06.2019     419

Şəmkir rayonu ərazisində “VAZ-2107” və “ZİL” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, iyunun 27-də saat 15 radələrində Şəmkir rayonunun Sabirkənd kəndi ərazisində rayon sakini Elmar Tağıyevin idarə etdiyi “VAZ-2107” və Tovuz rayon sakini Zahid Həsənovun idarə etdiyi “ZİL” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş E.Tağıyev orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən