Oğuzda canavar dörd nəfərə xəsarət yetirib
Oğuz rayonunda canavar kəndə hucum edib.
Redaktor.az APA-ya istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında rayonun Xaçmaz kəndində baş verib. Kənd sakinləri, 2004-cü il təvəllüdlü Namiq Zöhrab oğlu Bəkirli, 2004-cü il təvəllüdlü Tural Adil oğlu Məmmədnəbili, 1968-ci il təvəllüdlü İbrahim Fətulla oğlu İslamov və 1962-ci il təvəllüdlü Mahirə Musa qızı Məmmədova canavar dişləməsi xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.
Tibb müəssisəsindən bildirilib ki, yuxarıda adları qeyd edilən şəxslər yaşadıqları Xaçmaz kəndinin ərazisində canavarın hucumuna məruz qalıblar. Canavar N.Bəkirlinin baş, boyun və kürək nahiyələrinə xəsarət yetirib. T.Məmmədnəbilinin, İ.İslamovun və M. Məmmədovanın xəsarətləri yüngül hesab edilir. Canavarın xəsarət yetirdiyi şəxslərə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd olunublar. N.Bəkirlinin xəsarəti ağır olduğundan onun müalicə və müalicəsini davam etdirmək üçün Bakı şəhərinə göndərmək qərarı verilib.
Canavarın eyni vaxtda bir neçə mal-qaraya da hucum etdiyi bildirilir.












