Sabunçuda üçotaqlı ev yanıb

 20:57 28.06.2019     652

Bakının Sabunçu rayonunda yanğın olub.

Redaktor.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 16 kv.m sahədə və yaxınlıqdakı ümumi sahəsi 4 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Vumart və Güvən reklamı Vumart Güvən