Gədəbəydə iki avtomobil toquşub - Xəsarət alanlar var
Gədəbəy rayonunda yol qəzası baş verib.
Redaktor.az APA-ya istinadən bildirir ki, hadisə rayonun “Mal bazarı” adlanan ərazisində qeydə alınıb.
Belə ki, “VAZ 2107” maraklı minik maşını ilə “QAZ 24” markalı minik avtomobili toquşub. Qəza nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.












