Bu günə olan HAVA PROQNOZU

 09:54 29.06.2019     1400

Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Redaktor.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bu gün gündüz saatlarından arabir güclənən şimal-qərb küləyi axşama doğru güclənəcək. Havanın maksimal temperaturu 23-27 dərəcə isti təşkil edəcək.

Havanın temperaturu dağətəyi rayonlarda 27-32, dağlıq rayonlarda 19-24 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da əsasən axşam saatlarında yağış yağacaq. Havanın maksimal temperaturu 29-34 dərəcə isti təşkil edəcək.

Vumart və Güvən reklamı Vumart Güvən