Sabirabadda AĞIR QƏZA: - 1 ölü, 4 yaralı

 10:00 29.06.2019     1832

Sabirabadda baş verən qəzadaa ölən və yaralananların adları məlum olub.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi məlumata görə, hadisə zamanı Bakı sakini, 1944-cü il təvəllüdlü İbadov Sücəddin Alış oğlu ölüb.

Bakı şəhər sakinləri, 1981-ci il təvəllüdlü İbadova Vəsilə Sabir qızı, 70 yaşlı İbadov Səyyad və daha bir nəfər Sabirabad xəstəxanasına,  Saatlı rayonunun Qırağlı kənd sakini, 1990-cı il təvəllüdlü Əzizov Müşfiq Əlikərəm oğlu isə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

***

09:17

Sabirabadda baş verən qəzada 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Hadisə Bakı-Bəhramtəpə magistralının Sabirabad rayonunun Qaratəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“VAZ-2107” markalı avtomobillə "Daewoo Nexia” markalı avtomobilin toqquşması nəticəsində bir nəfər hadisə yerində ölüb. Onun sıxılmış meyiti FHN əməkdaşları tərəfindən xüsusi avadanlıqların köməyi ilə çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Hadisə zamanı yaralanan 3 nəfər Sabirabad xəstəxanasına, 1 nəfər isə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Ölən və xəsarət alanların şəxsiyyəti aydınlaşdırılır.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən