Bu il Azərbaycanda 25 tibb işçisi cəzalandırılıb
2019-cu ilin ilk 3 ayında Səhiyyə Nazirliyinin Hüquq və Daxili Nəzarət sektoruna 402 şikayət daxil olub.
Redaktor.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən apa-nın sorğusuna cavab olaraq bildirilib.
Nazirlikdən qeyd ediblər ki, cari ilin ilk 3 ayı ərzində 25 nəfər tibb işçisi barədə intizam məsuliyyəti tədbiri görülüb.












