Qazaxda güclü külək fəsadlar törədib - FOTOLAR

 12:39 29.06.2019     1099

Qazax rayonunda yağışla müşayiət olunan güclü külək bir sıra fəsadlar törədib.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi məlumata görə, güclü külək gecə saatlarında qeydə alınıb.

Külək nəticəsində elektrik dirəkləri, naqilləri, eləcə də telefon xətləri sıradan çıxıb. Qazax şəhərinin mərkəzindəki Mirvarid  Dilbazi küçəsində iri  gövdəli şam ağacının  qırılması  nəticəsində elektrik  dirəkləri, eləcə də  naqilləri sıradan çıxıb. Eyni  zamanda, ağacın  ağırlığına tab  gətirməyən  daşıyıcı  və  SİP kabelləri, bir neçə sayğac da divardan qopub. 

Elektrik enerjisinin verilişində fasilələr yaranıb. 

Aşan ağaclardan biri avtomobilin üzərinə düşüb. Gecə  güclü külək rayonun Xanlıqlar ərazisində də bir neçə  ağacı  kökündən çıxarıb.  Aidiyyəti qurumlar yaranmış problemlərin aradan qaldırılması istiqamətində gecə ikən əraziyə cəlb olunub.
Səhər saatlarında şəhərə elektrik enerjisinin verilişi bərpa olunub.

Hazırda rayon ərazisində hava şəraiti sabitdir.

222
Vumart və Güvən reklamı Vumart Güvən