AMEA İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” şəbəkəsinin imkanları genişləndiriləcək
AMEA İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” şəbəkəsinin imkanları genişləndiriləcək.
İnstitutdan verilən məlumata görə, bu məqsədlə “AzScienceNet” şəbəkəsinə Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyasının (GEANT) eduGAIN xidməti inteqrasiya ediləcək. Xidmətin Azərbaycanda tətbiqi üçün cari ilin 1-5 iyul tarixlərində Litvanın təcrübəli mütəxəssisləri tərəfindən “AzScienceNet” şəbəkəsinin əməkdaşlarına treninqlər keçiriləcək.
Yaxın zamanda həmçinin “AzScienceNet”in əməkdaşları üçün “Juniper” şəbəkə avadanlıqları və onların əməliyyat sistemlərindən istifadəyə dair kurslar təşkil olunacaq.//Apa.az












