Mingəçevir İES-də yanğın olub? - RƏSMİ AÇIQLAMA
“Bu gün "Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) transformatorunda nasazlıq yaranıb və dərhal aradan qaldırılıb”.
Redaktor.az unikal.org-a istinadən xəbər verir ki, bunu “Azərenerji” ASC-nin media mərkəzinin rəhbəri Teymur Abdullayev deyib.
T. Abdullayevin sözlərinə görə, respublikanın elektrik enerjisi təchizatında heç bir problem yaranmayıb.
Qeyd edək ki, bu gün bir sıra kütləvi informasiya vasitələrində Mingəçevirdə yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasında yanğın baş verməsi ilə bağlı məlumatlar yayılıb.












