Parkda soyğunçuluq edən şəxsin məhkəməsi başlayır

 18:59 29.06.2019     691

Soyğunçuluqda təqsirləndirilən Ağayev Cuanşir Kommunist oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Redaktor.az-ın report.az-a istinadən xəbərinə görə, cinayət işi baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Hakim Anar Tanrıverdiyevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, cinayət hadisəsi bu ilin aprel ayında Səbail rayonu ərazisində, Bayıl qəsəbəsindəki parkda baş verib. Ağayev Cuanşir Kommunist oğlu 1971-ci il təvəllüdlü Bəkirov Əliyar Əlsuvarv oğlunu hədələyərək 230 manat pulunu alıb.

Cuanşir Ağayevə Cinayət Məcəlləsinin 180.2.4-cü (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq) maddəsi ilə ittiham verilib. 

Vumart və Güvən reklamı Vumart Güvən