Cəlilabadda baş verən yol qəzasında 2 qadın xəsarət alıb

 19:33 29.06.2019     602

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Redaktor.az "Report"un Muğan bürosuna istinadən xəbər verir ki, qəza nəticəsində Bakı şəhəri sakinləri - 1983-cü il təvəllüdlü Həsənova Şəlalə Vəli qızı və 1983-cü il təvəllüdlü Kərimova Sevanə Baləhməd qızı xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən